çərşənbə axşamı, 06 may 2025

BİZİM FUTBOL

Millimiz Türkiyə yiğması ilə qarşılaşacaq

25.12.2019 11:34 Oxundu 527

Azərbaycan və Türkiyə futbol yığmaları arasında yoldaşlıq oyunu keçriləcək.
Cempion.az xəbər verir ki, bu barədə Türkiyə millisinin baş məşqçisi Şenol Günəş "TRT Spor"a müsahibəsində bildirib.
Onun sözlərinə görə, oyun gələn il mayın 26-da Antalyada olacaq: "Çempionatlar başa çatandan sonra təlim-məşq toplanışına start verəcəyik. Futbolçular 10 günlük hazırlıq dönəmində ailələri ilə birgə qalacaqlar. Həm istirahət, həm də məşq olacaq. Mayın 26-da Antalyada Azərbaycan yığması ilə yoldaşlıq oyunu baş tutacaq. İyunun 1-də Xorvatiya, iyunun 4-də isə İrlandiya ilə qarşılaşacağıq".
Günəş bildirib ki, AVRO-2020-də qrup mərhələsinin 2 oyununu Azərbaycanda keçirəcəkləri üçün çox xoşbəxtdir: "Azarkeş baxımından deyil, səyahət sarıdan problem yaşaya bilərik. Futbolçuların sağlıq durumu üçün 2 oyun arasındakı müddəti 3 gündən 4 günə artırmaları lazımdır".
Qeyd edək ki, iyunun 13-də “Bakı Olimpiya Stadionun”da Uels və İsveçrə yığmaları üz-üzə gələcək. İyunun 17-də Türkiyə - Uels, iyunun 21-də isə İsveçrə - Türkiyə qarşılaşmaları Azərbaycan paytaxtında təşkil olunacaq. Bundan başqa, 1/4 final mərhələsinin bir oyunu Bakıda keçiriləcək.
AVRO-2020-nin açılış matçında İtaliya və Türkiyə milliləri Romadakı "Olimpiko" stadionunda qarşılaşacaqlar.