çərşənbə axşamı, 06 may 2025

DÜNYA FUTBOLU

Mertens “Napoli”dən ayrıla bilər

25.12.2019 14:13 Oxundu 362

Mövsümün sonunda İtaliyanın "Napoli" klubu ilə müqaviləsi bitəcək Dris Mertens qərarını verməyib.
Cempion.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, belçikalı hücumçu ilə "Qalatasaray" ciddi şəkildə maraqlanır. İstanbul təmsilçisi qış transfer dönəmində hücumçunu heyətinə cəlb etməyi planlaşdırır.
 
Qeyd edək ki, Mertens "Napoli" tarixinin 2-ci bombardiridir. 32 yaşlı futbolçu 303 oyunda 118 qol vurub.