çərşənbə axşamı, 06 may 2025

BİZİM FUTBOL

Bu gün İntizam Komitəsinin iclası keçrilib

25.12.2019 14:28 Oxundu 338

İntizam Komitəsinin bu gün keçirdiyi iclasda aşağıdakı qərarlar qəbul edilib.
Cempion.az xəbər verir ki, Azərbaycan Kubokunun 1/4 final mərhələsinin “Zirə” – “Səbail” matçında “Zirə” klubunun 7 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur;
Azərbaycan Kubokunun 1/4 final mərhələsinin “Sumqayıt” – “Neftçi” matçında “Neftçi” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur.
Qeyd edək ki, "Zirə" "Səbail"lə görüşün əlavə vaxtında qol vuraraq, 1:0 hesablı qələbə ilə yarımfinala yüksəlib. "Neftçi" isə "Sumqayıt"la səfər matçında qolsuz heç-heçə edib. Ev oyununda flaqman 0:1 hesabı ilə uduzduğu üçün mübarizəni dayandırıb.