25.12.2019 15:08
339

İngiltərənin “Arsenal” komandasının baş məşqçisi postundan göndərilən Unay Emeri karyerasını yenidən Fransada davam etdirə bilər.
Cempion.az “Le10sport” portalına istinadən xəbər verir ki, “Monako” rəsmiləri 48 yaşlı ispaniyalı mütəxəsislə danşıqlara başlayıb. Fransa təmsilçisi Leonardu Jardimi Unay Emeri ilə əvəzləmək istəyir. Bu vəzifəyə namizədlər arasında hal-hazırda klubsuz qalan yerli baş məşqçi Loran Blanın da adı çəkilir.
“Monako”nun Liqa 1-də 28 xalla 7-ci pillədə qərarlaşması klub rəhbərliyini qane etmir.