çərşənbə axşamı, 06 may 2025

DÜNYA FUTBOLU

Luçeskunun yeni iş yeri məlumdu

25.12.2019 18:26 Oxundu 338


Məşhur rumın məşqçi Mirça Luçeskunun yeni iş yeri müəyyənləşib.

Cemрion.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, 74 yaşlı mütəxəssis İsveçrənin "Sion" klubunu çalışdıracaq. Bu barədə klubun prezidenti Kristian Konstantin məlumat verib. O deyib ki, Luçesku yanvarın 2-i müqavilə imzalamaq üçün İsveçrədə olacaq.

Xatırladaq ki, Luçesku son olaraq Türkiyə millisini çalışdırıb.