çərşənbə axşamı, 08 iyul 2025

DÜNYA FUTBOLU

Şimali Koreya Cənubi Koreyaya getməkdən imtina etdi

25.12.2019 19:00 Oxundu 352


Şimali Koreya milllisinin futbolçuları Cənubi Koreyada keçiriləcək olimpiya təsnifat turnirinin üçüncü mərhələsində iştirak etməyəcəklər.

Cemрion.az "Yonhap" agentliyinə istinadən xəbər verir ki, artıq bununla bağllı Asiya Futbol Konfederasiyasına məlumat verilib. Lakin Şimali Koreya hələlik bununla bağlı heç bir səbəb göstərməyib.

Qeyd edək ki, 2020-ci ilin fevralında keçiriləcək qrup mərhələsinin oyunları Cənubi Koreya ilə yanaşı, Vyetnam və Myanma da mübarizə aparacaq.