25.12.2019 20:06
1350

Bu gün Prezidenti İlham Əliyevin Azərbaycan Respublikasında idmanın inkişafındakı xidmətlərinə görə təltif etdiyi şəxslər arasında general-mayor Natiq Əliyev də var.
Cemрion.az xəbər verir ki, dövlət başçısının sərəncamına əsasən, Natiq Əliyev “Əməkdar həkim” fəxri adı ilə təltif olunub.
Qeyd edək ki, N.Əliyev Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin rəisi olmaqla yanaşı, Azərbaycan Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü və Avropa Universal Döyüş Federasiyasının prezidentidir.