çərşənbə axşamı, 06 may 2025

DİGƏR NÖVLƏR

Rusiya CAS-a müraciət etdi

25.12.2019 21:08 Oxundu 354


Ümumdünya Antidopinq Agentliyi (WADA) tərəfindən 4 il müddətinə beynəlxalq yarışlardan kənarlaşdırılan Rusiya qərardan narazıdır.

Cemрion.az xəbər verir ki, bu səbəbdən yerli İdman Nazirliyi Beynəlxalq İdman Arbitraj Məhkəməsinə müraciət edib.

Onlar hesab edirlər ki, Rusiya millisi öz bayrağı ilə gələn Tokioda təşkil olunacaq olimpiya oyunlarında iştirak etməlidir.

Rusiya Antidopinq Agentliyi (RUSADA) son illər ölkədə bu istiqamətdə görülən müsbət işlərə görə yerli atletlərin cəza almamalı olduqlarını düşünür.

Qeyd edək ki, Rusiya Tokio Olimpiadası ilə yanaşı, DÇ-2022-də də iştirak edə bilməyəcək.