çərşənbə axşamı, 06 may 2025

BİZİM FUTBOL

Həmyerlimiz Küveytə növbəti qolunu vurdu

26.12.2019 09:24 Oxundu 324


Azərbaycanlı futbolçu Kamal Mirzəyev Küveytin "Əl-Salmiyə" klubunda növbəti oyununu keçirib.

Cempion.az xəbər verir ki, komanda "Prince Cup"ın ilk mərhləsində "Əl-Cəhrə" ilə qarşılaşıb. Oyunun əsas vaxtında qalib müəyyənləşməyib - 1:1. Əlavə vaxtda isə hesab dəyişməyib. Penaltilər seriyasında isə "Əl-Salmiyə" məğlub olub və mübarizəni dayandırıb.

Matçın 60-cı dəqiqəsində oyuna daxil olan Mirzəyev 72-ci dəqiqədə komandasının bərabərlik qolunu vurub. Bu, Kamalın Küveyt klubunda vurduğu 2-ci qoldur.

Qeyd edək ki, 25 yaşlı yarımmüdafiəçi bu yay "Qəbələ"dən "Əl-Salmiyə"yə keçib