çərşənbə axşamı, 06 may 2025

DÜNYA FUTBOLU

"Bavariya"da ciddi itki

26.12.2019 12:25 Oxundu 325


"Bavariya" ciddi itki ilə üzləşib.

Cempion.az xəbər verir ki, Münhen klubu Xavi Martinesin xidmətindən məhrum olub.

İspaniyalı futbolçu Bundesliqanın 17-ci turunda "Volfsburq"la matçda (2:0) sıradan çıxıb. Təcrübəli dayaq yarımmüdafiəçisinin ən azı 6 həftə yaşıl meydanlardan uzaq qalacağı məlum olub.

Martines komandasının qış fasiləsi dönəmində Dohada təşkil olunacaq hazırlıq prosesində iştirak edə bilməyəcək.