26.12.2019 14:00
452
452

“Qalatasaray” heyətinə yeni futbolçu cəlb edir.
Cempion.az xəbər verir ki, İstanbul klubu “Leyptsiq”in müdafiəçisi Marselo Saraççini transfer etməyə yaxındır.
Almaniya mətbuatı “Qalatasaray”ın 22 yaşlı futboçunu icarəyə götürəcəyini yazıb. Artıq klublar arasında razılıq əldə olunduğu bildirilir.
Qeyd edək ki, 2018-ci ilin yayından “Leyptsiq”də çıxış edən Uruqvay millisinin üzvü bu mövsüm Bundesliqada 4 oyuna çıxıb.