çərşənbə axşamı, 06 may 2025

DİGƏR NÖVLƏR

"Neftçi" cüdoçuları 1-ci oldu

26.12.2019 18:00 Oxundu 398


Bakı İdman Sarayında kişi və qadın cüdoçular arasında keçirilən Azərbaycan çempionatının fərdi yarışları başa çatıb. 

Cempion.az xəbər verir ki, bütün çəki dərəcələrində qalib gələn cüdoçular bunlardı:

 

-60 kq Nəcəfov Yaşar

-66 kq Səfərov Orxan

-73 kq Vəliyev Telman

-81 kq Fətiyev Murad

-90 kq Mehdiyev Məmmədəli

-100 kq Mirzəyev Aslan

+100 kq Qəhrəmanov Şahin

Qadınlar

-48 kq Əliyeva Ramilə

-52 kq Məmmədova Zeynəb

-57 kq Munxtsedev İçinxorloo

-63 kq Qardaşxanlı Aytac

-70 kq Həsənli Günel

-78 kq Əmirli Nərmin

+78 kq Zutova Gözəl

Ölkə çempionatının qalib və mükafatçılarına Azərbaycan Cüdo Federasiyası, Gənclər və İdman Nazirliyinin medal və diplomları, pul mükafatları təqdim olunub.

Medalların əyarına görə "Neftçi İdman Klubu" 1-ci yeri tutub. Sonrakı yerlərə "Judo 2012" və "Atilla" klubları layiq görülüb. Komandaların nümayəndələrinə kuboklar və diplomlar təqdim olunub. Dekabrın 26-da komanda yarışları üzrə Azərbaycan çempionatı keçiriləcək.