çərşənbə axşamı, 06 may 2025

BİZİM FUTBOL

Millimizin üzvü Almaniyadan Vyetnama getdi

26.12.2019 19:00 Oxundu 372

Millimizin və Almaniyanın "Proyssen” klubunun futbolçusu Rüfət Dadaşov karyerasını Vyetnamda davam etdirəcək.
 
Cemрion.az xəbər verir ki, bu barədə "Tin Tuc Vietnam” saytı məlumat yayıb.
 
Xəbərə görə, Rüfət Vyetnamın yüksək dəstəsində yer alan "Nam Din” komandasına keçib. 

Azərbaycan millisinin 28 yaşlı hücumçusu ilə braziliyalı Qabriel Do Karmo komandaya cəlb olunduğu halda, slovakiyalı Lyubomir Ulrix isə baxışa dəvət olunub.

Qeyd edək ki, "Nam Din” ölkə çempionatında 26 turdan sonra 31 xalla 11-ci pillədə qərarlaşıb.

Xatırladaq ki, Dadaşovun ötən ilin iyununda transfer olunduğu "Proyssen”lə 30 iyun 2020-ci ilə qədər müqaviləsi vardı.