bazar, 18 may 2025

DÜNYA FUTBOLU

“Liverpul”dan darmadağın

27.12.2019 02:08 Oxundu 356

Dünən İngiltərə Premyer Liqasında 19-cu tura start verilib.
Cempion.az xəbər verir ki, günün mərkəzi oyununda lider “Liverpul” ən yaxın izləyicisi “Lester Siti”nin qonağı olub.  Rəqibini 4 cavabsız qolla darmadağın edən “qırmızılar” çempionluq yolunda daha bir önəmli addım atıblar.

Qeyd edək ki, bu qələbədən sonra "Liverpul" xal hesabını 52-ə çatdırıb və turnir cədvəlinə şəriksiz liderliyini davam etdirir.

“Lester” – “Liverpul” 0:4
Qol: Firmino, 31; 75. Milner, 71-pen. Aleksandr-Arnold, 78.