27.12.2019 16:32
328

“Ankara Dəmirspor” heyətini yeni futbolçu ilə gücləndirib.
Cempion.az xəbər verir ki, TFF 2-ci liqa təmsilçisi türk əsilli almaniyalı hücumçu Samed Yeşili heyətinə qatıb.
Tərəflər arasındakı müqavilənin detalları açıqlanmayıb. “Bayer”in yetirməsi olan, bir müddət “Liverpul”da çıxış edən 25 yaşlı futbolçu İsveçrədə “Lütsern”in, Yunanıstanda “Panionios”un da formasını geyinib.
Onun sonuncu klubu isə Uerdingen “Bayer”i olub. Samed Yeşil vaxtilə Almaniyanın aşağı yaş qrupları üzrə yığmalarında da oynayıb.