çərşənbə axşamı, 06 may 2025

BİZİM FUTBOL

Millimizin üzvü oynamaq şansı qazanmadı

27.12.2019 17:28 Oxundu 348


İngiltərənin Birinci Liqasında (səviyyəcə üçüncü) 23-cü turun oyunları keçirilib.

Cempion.az xəbər verir ki, Azərbaycanın gənclərdən ibarət millisinin yarımmüdafiəçisi Serhat Taşdemirin formasını geyindiyi “Piterboro Yunayted” növbəti matçına çıxıb.

Sözügedən komanda doğma meydanda “Donkaster”lə qarşılaşıb və oyundan məğlubiyyətlə ayrılıb – 0:3. Serhat bu qarşılaşmanın iştirakçısı olmayıb.

Onun adı iştirak ərizəsinə də daxil edilməyib. “Piterboro Yunayted” 22 turdan sonra 36 xalla 23 kollektiv arasında 4-cü pillədə qərarlaşıb.