çərşənbə axşamı, 06 may 2025

BİZİM FUTBOL

Qurban irəli Bordin geri

27.12.2019 19:00 Oxundu 372


"Football World Rankings" portalı 2019-cu il üçün dünyanın ən yaxşı məşqçilərinin son reytinqini açıqlayıb.

Cempion.az xəbər verir ki, siyahıda Azərbaycan klublarından ən yüksək nəticəni göstərən "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov mövqeyini bir qədər də yaxşılaşdırıb.

Ağdam təmsilçisinin çalışdırıcısı 1054 xalla sonuncu reytinqə nəzərən 2 pillə də irəliləyərək 575-ci yerə yüksəlib. Maraq üçün deyək ki, Qurbanov 2018-ci ili 461-ci yerdə tamamlamışdı.

"Neftçi"nin baş məşqçisi Roberto Bordin isə daha iki pillə geriləyib. Aktivində 818 xal olan italyan ötən ay 676-cı idisə, 2019-cu ili 678-ci pillədə başa vurub.