27.12.2019 11:44
377


İsveç və “Mançestir Yunayted”in sabiq hücumçusu Zlatan İbrahimoviç yenidən “Milan” klubunun şərəfini qoruyacaq.
Cempion.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, o, İtaliya təmsilçisi ilə 6 aylıq müqavilə imzalayacaq.
Məlumata görə, İbrahimoviçin qərarı yaxın günlərdə elan ediləcək. O, 2020-ci ilin iyununa qədər "Milan"la müəyyən şərtlər daxilində müqavilə bağlayacaq. Tərəflərə yalnız detalları nizama salmaq və sazişi bağlamaq qalıb.
Daha əvvəl bildirilirdi ki, 36 yaşlı hücumçu ilə "Everton", "Napoli" və A seriyasından "Monsa" maraqlanırdı.
Qeyd edək ki, İbrahimoviç 2010-cu ildən 2012-ci ilə qədər "Milan"da çıxış edib. İsveç futbolçusu "Milan"ın heyətində 85 matçda 56 qol vurub.