27.12.2019 11:59
372


“Sabah” futbol komandasının Türkiyənin Antalya bölgəsindəki təlim-məşq toplanışında qarşılaşacağı daha bir rəqib məlum olub.
Cempion.az klubun rəsmi sayıtına istinadən xəbər verir ki, Bakı təmsilçisi Qazaxıstanın “Kaysar” klubu ilə qarşılaşacaq. Görüş yanvarın 19-da baş tutacaq.
“Kaysar” ötən mövsüm Qazaxıstan kubokunun qalibi olub və Premyer Liqada 6-cı yeri tutub.
Qeyd edək ki, Antalyanın Belek bölgəsində məskunlaşacaq “Sabah” yanvarın 11-də Macarıstanın “Pakş”, 15-də isə Rumıniyanın “Akademika Klinçeni” komandaları ilə üz-üzə gələcək. Türkiyə toplanışı çərçivəsində daha bir yoxlama oyununun keçirilməsi planlaşdırılır. Rəqib barədə qarşıdakı günlərdə məlumat veriləcək.