çərşənbə axşamı, 06 may 2025

BİZİM FUTBOL

"Sabah"ın futbolçusu Kolumbiya klubunda

27.12.2019 12:37 Oxundu 326

"Sabah"dan ayrılan honduraslı hücumçu Rocer Roxas karyerasını Kolumbiyada davam etdirəcək.
Cempion.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 29 yaşlı hücumçu “Deportes Tolimo”ya keçib. Roxasla imzalanan müqavilənin detalları açıqlanmayıb.

Qeyd edək ki, Roxas “Sabah”a bu ilin avqustunda keçmişdi. 29 yaşlı futbolçu paytaxt klubunda 13 oyunda 2 qol vurub.