çərşənbə axşamı, 06 may 2025

DÜNYA FUTBOLU

Arda Turan “Qalatasaray”da

27.12.2019 12:59 Oxundu 364

İcarə əsasında “Başakşəhər”də forma geyinən, müqavilə ilə “Barselona” klubuna məxsus olan Arda Turan qış fasiləsində komandasını dəyişəcək.
Cempion.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyə millisinin sabiq üzvü qış transfer dövründə "sarı qırmızılılar"la  1,5 illik müqavilə imzalayacaq.

Qeyd edək ki, “Qalatasaray”ın yetirməsi olan Arda, 2011-ci ildə “Atletiko”ya, 2015-ci ildə isə “Barselona”ya keçib. Kataloniya təmsilçisində gözlənilən performansı sərgiləyə bilməyən yarımmüdafiəçi, 2018-ci ildə “Başakşəhər”ə 2 illik icarəyə verilib.