çərşənbə axşamı, 06 may 2025

BİZİM FUTBOL

Yenidən millini çalışdıra bilər

27.12.2019 20:22 Oxundu 330

Robert Prosineçki yenidən Azərbaycan millisinə rəhbərlik edə bilər.
Cempion.az xəbər verir ki, Nikola Yurçeviçi istefaya göndərən AFFA intensiv olaraq baş məşqçi axtarışına başlayıb.  Yerli mətbuatda bu posta bir neçə namizədin adı hallansa da, federasiya Robert Prosineçki ilə danışıqlara üstünlük verib. Xorvatiyalı çalışdırıcının meneceri Yaşar Çalışır açıqlamasında yayılan xəbərlərin həqiqət olduğunu təsdiqləyib.
O müsahibəsində bunları deyib: “Konkret olaraq bildirim ki, şanslar yarı yarıyadır. Çünki Robert sizin yığma ilə yanaşı, digər yerlərdən də təklif alıb. Bunlar Avropa, Çin və Yaponiya klublarıdır. Türkiyənin "Kayserispor" klubu istəkli olsa da, hələlik maddi durumu yetərli deyil. Həmçinin R.Prosineçki Azərbaycanı yaxşı tanıyır. O, özü də Azərbaycanda işləmək istəyir. Azərbaycanda fəaliyyət göstərən zaman nəinki özü, eləcə də ailəsi onunla birlikdə Bakıda qalıb. Mətbuatda 2 milyon avro müqabilində razılaşma olduğunu yazırlar. Normal haldır. Prosineçki öz dəyərini bilən məşqçidir. Bu rəqəm 1,5 milyon da ola bilər, 4 milyon da”.

Qeyd edək ki, Robert Prosineçkiyə 2014-2017-ci illər ərzində milliyə başçılıq edib.