28.12.2019 17:00
438


AFFA-nın Robert Prosineçki ilə apardığı danışıqlar müsbət yekunlaşmayıb.
Cempion.az-a daxil olan məlumata görə, xorvat məşqçi federasiyadan yüksək məbləğ tələb edib ki, bu da danışıqların yarımçıq dayandırılmasına səbəb olub.
Eyni zamanda əldə etiyimiz məlumata görə, baş məşqçi axtarışları dondurulub. Yalnız yanvarın 8-də AFFA-da İcraiyyə Komitəsinin növbədənkənar toplantısından sonra bu məsələyə yenidən qayıdılacaq.