çərşənbə axşamı, 06 may 2025

BİZİM FUTBOL

Rövnəq Abdullayev postlarından birini itirdi: deputat olmayacaq

28.12.2019 11:00 Oxundu 473


SOCAR-ın və AFFA-nın prezidenti Rövnəq Abdullayev fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkisində iştirak etməyəcək.

Cempion.az-ın qafqazinfo.az-a istinadən yaydığı məlumata görə, siyahıda bir sıra tanınmış YAP-çı deputatlar yer almayacaq. Onların arasında R.Abdullayev də var. YAP yüksək dövlət vəzifəsi tutan şəxslərin parlamentdə təmsil olunmasını məqsədəuyğun hesab etməyib.

Beləliklə, partiya R.Abdullayev də daxil olmaqla bir neçə tanınmış şəxsin namizədliyini irəli sürməyib.

Xatırladaq ki, R.Abdullayev üç çağırış Milli Məclisin deputatı olub.