28.12.2019 15:17
319

"Fənərbaxça" futbolçusu Ozan Tufanla yeni müqavilə imzalayıb.
Cempion.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, 24 yaşlı yarımmüdafiəçi ilə müqavilənin müddəti 2023/2024 mövsümünün sonuna kimi uzadılıb.
Qeyd edək ki, Türkiyə mətbuatı O.Tufanın təzminat qiymətinin 20 milyon avro olduğunu yazıb.