28.12.2019 16:05
326

PSJ Kilian Mbappeni heyətdə saxlamaq niyyətindədir.
Cempion.az xəbər verir ki, PSJ Mbappeyə yeni, uzunmüddətli müqavilə təklif edib. Yeni müqavilə 5 illik nəzərdə tutulub.
Paris klubu 21 yaşlı futbolçuya ildə 32 milyon avro məvacib vəd edir. Mbappenin qüvvədə olan müqaviləsi 2020-ci ilin yayında bitir.
Məlumata görə, Kilianla “Real” ciddi maraqlanır. “Monako”nun yetirməsi olan Mbappe PSJ-də 2017-ci ildən çıxış edir.