çərşənbə axşamı, 06 may 2025

BİZİM FUTBOL

Yurçeviç qızına toy etdi

28.12.2019 14:31 Oxundu 400


Millimizin sabiq baş məşqisi Nikola Yurçeviçin qızı Lana Yurçeviçin toyu keçirilib.

Cempion.az Xorvatiya mətbuatına istinadən xəbər verir ki, Lana makedoniyalı futbolçu Rista Riki Mitrevski ilə ailə qurub. Cütlük bir müddətdir ki, sevgili idi.
 
Mərasimin ötən gün Zaqrebdə Müqəddəs Marka kilsəsində keçirildiyi bildirilib. Toyda yalnız ailə üzvləri və yaxınlar iştirak edib.