28.12.2019 15:34
473

“Sumqayıt” klubunun və Azərbaycanın gənclərdən ibarət milli komadasının üzvü Səbuhi Abdullazadə karyerasını Türkiyədə davam etdirə bilər.
Cempion.az-ın xəbərinə görə, bu haqda məlumatı Türkiyənin “Sabah” qəzeti yazıb.
Bildirilib ki, “Trabzonspor” klubu bir müddətdir oyununu izlədiyi 18 yaşlı yarımmüdafiəçini transfer etmək qərarı verib. Səbuhinin Qara dəniz təmsilçisinin aşağı yaş qrupu üzrə komandası üçün düşünüldüyü bildirilib.