29.12.2019 12:00
392

“Qarabağ”ın sabiq futbolçusu Riçard Almeydanın “Neftçi”yə transfer ehtimalı ilə bağlı dediyi sözlər paytaxt klubunun azarkeşlərini hiddətləndirib.
Cempion.az xəbər verir ki, “Neftçi” azarkeşləri sosial şəbəkələrdə Almeydanın ünvanına sərt tənqidi fikirlər yazıblar və artıq onun vaxtının keçdiyini bildiriblər.
Azarkeşlər klub rəhbərliyini Almeydanı transfer etməməyə çağırıb.
Braziliyalının “Neftçi” ilə danışıqlar aparması haqda məlumat yayılıb. Almeyda isə mətbuata açıqlamasında heç vaxt “Neftçi”də oynamayacağını deyib. Futbolçu bildirib ki, Azərbaycanda onun üçün bir komanda var - “Qarabağ”.