çərşənbə axşamı, 06 may 2025

BİZİM FUTBOL

"Səbail"in Antalyadakı bütün rəqibləri bilindi

29.12.2019 13:00 Oxundu 349


“Səbail”in Tükiyədəki təlim-məşq toplanışı çərçivəsində qarşılaşacağı rəqiblər müəyyənləşib.

Cempion.az xəbər verir ki, paytaxt təmsilçisi qardaş ölkədə 4 yoxlama matçı keçirməyi planlaşdırır.

Klubun mətbuat xidmətinin yaydığı məlumata görə, Aftandil Hacıyevin çalışdırdığı kollektiv Qazaxıstanın “Jetısu” (15 yanvar), Ukraynanın “Olimpik” (Donetsk, 18 yanvar), Rumıniyanın “Voluntari” (21 yanvar) və Polşanın “Korona” (25 yanvar) klubları ilə qarşılaşacaq.

"Səbail” qış fasiləsinə 12 xalla sonuncu pillədə yollanıb.