29.12.2019 15:33
343

İran Premyer Liqasında 16-cı turun oyunları keçirilir.
Cempion.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi "Traktor" növbəti qələbəsini qazanıb.
Təbriz klubu səfərdə "Peykan"ın qonağı olub və hesabda geri düşməsinə baxmayaraq, əzmkarlıq göstərib liqada ardıcıl dördüncü qalibiyyətini rəsmiləşdirib - 3:2.
Geridə qalan 16 turdan sonra xal ehtiyatını 30-a çatdıran soydaşlarımız turnir cədvəlində 3-cü pilləyə yüksəliblər. "Traktor" liderlər - "Sepahan" və "İstiqlal"dan 4 xal geri qalır.