çərşənbə axşamı, 06 may 2025

BİZİM FUTBOL

"Qəbələ"nin futbolçusu İsmayıllıda diplom aldı

29.12.2019 17:00 Oxundu 357


"Qəbələ"nin yarımmüdafiəçisi Rövlan Muradov mükafatlandırılıb.

Cempion.az xəbər verir ki, 21 yaşlı futbolçunu İsmayıllı rayon Gənclər və İdman İdarəsi təltif edib.

"Qəbələ" akademiyasının əslən İsmayıllıdan olan yetirməsi "31 dekabr - Dünya Azərbaycanlılarnın Həmrəyliyi Günü" və İsmayıllı gəncliyini layiqincə təmsil etdiyinə görə fəxri fərmanla təltif olunub.