bazar ertəsi, 06 aprel 2026

BİZİM FUTBOL

Premyer Liqamızda ən çox oyun keçirən gənclər

29.12.2019 14:06 Oxundu 420


Peşəkar Futbol Liqası 2019/2020-ci illər mövsümünün ilk yarısında ən çox oyun keçirmiş gənc futbolçuların siyahsını açıqlayıb.

Cempion.az xəbər verir ki, limitə düşən (1998) və daha gənc oyunçuların reytinqində ilk pilləni "Keşlə" ilə "Səbail" tutur.

Tərlan Əhmədovun komandasından yarımmüdafiəçi Tural Bayramlı və Bayıl klubunun müdafiəçisi Turan Manafov daha çox - 14 görüşdə meydana çıxıb.