çərşənbə axşamı, 06 may 2025

BİZİM FUTBOL

"Zirə" rəhbərliyi sözünü tutdu: yeni transferlər üçün vəsait ayrıldı - ÖZƏL!

30.12.2019 15:00 Oxundu 412

"Zirə" rəhbərliyi qış transfer pəncərəsi dönəmində komandaya yeni futbolçuların alınması üçün yaxşı büdcə ayıracaq.

Cempion.az-a daxil olan məlumata görə, rəhbərlik bir müddət əvvəl baş məşqçi Zaur Həşimovun istəyinə cavab olaraq bildirmişdi ki, əgər komanda ölkə kubokunda yarımfinala adlaya bilsə, o zaman yeni transferlər üçün əlavə büdcə də olacaq.

Həşimov və komandası da bu işin öhdəsindən gəldi və "Səbail"i məğlub edərək yarımfinala vəsiqə qazandı. Üstəlik, rəqib də "Qarabağ" yox, "Qəbələ"di. Yəni "Zirə"nin finala çıxmaq şansı heç də az deyil. Rəhbərlik də məhz bu amili nəzərə alıb eni legionerlərlə heyəti daha
da gücləndirməyi düşünür. Həmin futbolçuların hansı ölkələrdən olacağı və hansı mövqeylərə alınacağı hələlik tam dəqiqləşməyib.