30.12.2019 00:19
425


"Borussiya" "Zalsburq"un hücumçusu Erlinq Holandı heyyətinə cəlb edib.
Cempion.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. 19 yaşlı hücumçu Holand ilə 2024-cü ilin iyununa qədər müqavilə imzalanıb.
Qeyd edək ki, norveçli forvard bu mövsüm Çempionlar Liqasında 8 qol vurub. O, yalnız “Bavariya”nın hücumçusu Robert Levandovskidən (10) geri qalır.
Gənc hücumçunun adı “Yuventus” və “Mançester Yunayted”lə də birgə hallanırdı.