30.12.2019 00:33
529


İngiltərə Premyer Liqasında 20-ci tura yekun vurulub.
Cempion.az xəbər verir ki, ilk oyun günündə 7 qarşılaşma keçirilib. Turun açılış matçında “Bornmut”la “Brayton” qarşılaşıb. Ev sahibləri bu oyunda inamlı qələbə qazanıblar. “Tottenhem” “Norviç”lə səfər oyununda 1 xala razı olub. “Lester” səfərdə “Vest Hem”ə qalib gəlib. “Mançester Yunayted” isə “Bernli” səfərinə yollanıb və qələbəyə seviniblər.
Lider “Liverpul” son turda “Mançester Siti”ni məğlub edən “Vulverhempton”la üz-üzə gəlib və minimal hesabla üstün olub. “Mançester Siti” isə “Şeffild Yunayted”i sınağa çəkib və inamlı qələbəyə sevinib.
Turun mərkəzi görüşü Londonda keçirilib. “Arsenal” doğma azarkeşləri qarşısında “Çelsi”ni qəbul edib. Hesabı meydan sahiblərinin açdığı görüşdə qonaqlar 4 dəqiqəyə oyunu öz xeyirlərinə dəyişiblər .
İngiltərə Premyer Liqası, 20-ci tur
28 dekabr
Brayton – Bornmut 2:0
Qol: Cahanbaxş, 3. Muy, 79.
Nyukasl – Everton 1:2
Qol: Şar, 56 – Levin, 13; 64.
Sauthempton – Kristal Pelas 1:1
Qol: İnqs, 74 – Tomkins, 50.
Uotford – Aston Villa 3:0
Qol: Dini, 42; 67. Sarr, 71.
Norviç – Tottenhem 2:2
Qol: Vrançiç, 18. Orye, 61-öz qapısına – Eriksen, 55. H.Keyn, 83-pen.
Vest Hem – Lester 1:2
Qol: Fornals, 45 – İheanaço, 40. Qrey, 56.
Bernli – Mançester Yunayted 0:2
Qol: Marsial, 44. Reşford, 90+5.
29 dekabr
Arsenal – Çelsi 1:2
Qol: Obameyanq, 13 – Jorjinyo, 83. Abraham, 87.
Liverpul – Vulverhempton 1:0
Qol: Mane, 42.
Mançester Siti – Şeffild Yunayted 2:0
Qol: Aquero, 53. De Breyne, 82.