çərşənbə axşamı, 06 may 2025

DÜNYA FUTBOLU

Vidal nə qədər qazanacaq?

30.12.2019 16:00 Oxundu 330


“İnter” “Barselona”nın futbolçusu Artura Vidalla müqaviləni razılaşdırıb.

Cempion.az xəbər verir ki, bu haqda xarici KİV-lər məlumat yayıb. 32 yaşlı çilili futbolçu ilə 2022-ci ilin yayına kimi müqavilə bağlanacaq. Klublar arasında da maddi məsələdə tam razılıq əldə ediləndən sonra Vidal “İnter”in oyunçusu olacaq. Qışda İtaliya klubuna keçəcək futbolçu bu mövsümün sonuna kimi 4,5 milyon, sonrakı hər il üçün isə 6 milyon avro qazanacaq.

Qeyd edək ki, “Barselona” bu transferə görə 20 milyon avro təzminat istəyir. “İnter” isə Vidalı sonradan birdəfəlik almaqla 12 milyon avro təklif edir.