çərşənbə axşamı, 06 may 2025

BİZİM FUTBOL

“Sabah” “Qoritsa” klubuna 100 min avro ödeyib

30.12.2019 11:06 Oxundu 418

“Sabah” klubunun yeni transferi Mario Marina üçün ödədiyi məbləğ bəlli olub.
Cempion.az “Jutarnji List” portalına istinadən verdiyi məlumata görə,  Bakı təmsilçisi 1,5 illik müqavilə bağladığı 30 yaşlı xorvatiyalı Marina üçün  “Qoritsa” klubuna 100 min avro verib. O, “Sabah”ın yeni baş məşqçisi xorvatiyalı Jelko Sopiçin istəyi ilə heyətə cəlb edilib.
“Qoritsa” klubunun idman direktoru Mindauqas Nikoliçyus keçidin 2 gün içində reallaşdığını bildirib: “Marionun 30 yaşı var. Bu təklif onun xaricdə ciddi pul qazanması üçün sonuncu şans idi. Ona əngəl törətmək istəmədik. Ancaq biz də transferdən pul qazandıq”.