çərşənbə axşamı, 06 may 2025

DÜNYA FUTBOLU

2019-cu ilin ən yaxşı komandası məlum olub

30.12.2019 22:46 Oxundu 365

Beynəlxalq İdman Mətbuatı Birliyi səsvermə yolu ilə 2019-cu ilin ən yaxşı komandasını müəyyənləşdirib.
Cempion.az xəbər verir ki, qurumun rəsmi saytında keçirilən səsvermədə futbolla yanaşı, digər idman növləri üzrə komandaların da qiymətləndirilib. Qalib "Liverpul" klubu olub. Bu il Çempionlar Liqası və UEFA Superkubokunu qazanan "mersesaydlılar" 908 səs toplayıblar.

İlk 10-luq:
1. "Liverpul" (futbol, kişilər) - 30.21 faiz
2. ABŞ komandası (futbol, qadınlar) - 17.9 faiz
3. Cənubi Afrika (reqbi, kişilər) - 14.44 faiz
4. Braziliya millisi (voleybol, kişilər) - 8.88 faiz
5. "Dyöri Audi" (həndbol, kişilər) - 5.79 faiz
6. Danimarka millisi (həndbol, kişilər) -4.59 faiz
7. Norveç yığması (biatlon) -3.89 faiz
8. İtaliya millisi (su polosu, kişilər) - 3.79 faiz
9. İspaniya millisi (basketbol, qadınlar) - 3.26 faiz
10. Yaponiya yığması (cüdo) - 2.43 faiz