30.12.2019 22:59
359

Hazard Belçika millisində 2019-cu ilin ən yaxşı futbolçusu seçilib.
Cempion.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, bu ada “Real Madrid”in üzvü Eden Hazard layiq görülüb. 28 yaşlı yarımmüdafiəçi yığmanın heyətində 5 qol vurub və 7 dəqiq qol ötürməsi verib. O, komandası ilə "Avro-2020"-nin final mərhələsinə də vəsiqə qazanıb.