bazar ertəsi, 05 may 2025

DÜNYA FUTBOLU

"Barselona"da baş məşqçi dəyişikliyi gözlənilir

30.12.2019 23:32 Oxundu 347

Kanada klubu “Monreal İmpekt”in çalışdırıcısı Tyerri Anri “Barselona”nı çalışdıra bilər.
Cempion.az İspaniya mətbuatına istinadən xəbər verir ki, fransalı mütəxəssis Ernesto Valverdeni əvəzləyəcək namizədlər arasındadır.
2007-2010-cu illərdə Kataloniya klubunda çıxış etmiş 42 yaşlı məşqçi kapitan Lionel Messi, eləcə də digər futbolçular Jerar Pike, Serxio Buskets və klubun texniki direkrotu Erik Abidalla yaxşı münasibətdədir.