30.12.2019 23:43
328


Zlatan İbrahimoviçlə müqavilə imzalayan “Milan” klubu artıq Susonun tarnsferinə razılıq verib.
Cempion.az xəbər verir ki, bu barədə yerli "Calciomercato.com".məlumat yayıb
"Qırmızı qaralar" ispaniyalı hücumçunun satışından 25 milyon avro qazanmaq istəyirlər. Oyunçu ilə "Napoli" və "Sevilya" klubları maraqlanır.
Qeyd edək ki, Suso 2015-ci ilin yanvarından "Milan"da çıxış edir. Onun müqaviləsi 2022-ci ilin 30 iyununda başa çatır. İyirmi altı yaşlı ispaniyalı cari mövsümdə 1 qol vurub və İtaliya A seriyasının 15 matçında 2 məhsuldar ötürmə verib.