bazar ertəsi, 05 may 2025

DÜNYA FUTBOLU

Dünyanın ən yaxşı idmançısı məlum olub

31.12.2019 12:20 Oxundu 371

Beynəlxalq İdman Jurnalistləri Assosiasiyası (AİPS) 2019-cu ilin ən yaxşı idmançılarını açıqlayıb.

Cempion.az xəbər verir ki, 102 ölkədən 331 jurnalistin iştirak etdiyi səsvermədə “Barselona”nın arqentinalı kapitanı Lionel Messi ilin ən yaxşı idmançısı elan olunub.

Qadınlar arasında isə ABŞ-dan olan gimnast Simona Baylz ən yaxşı seçilib.

Kişilər

1. Lionel Messi (futbol) - 394 (13,11%)

2. Eliud Kipçoqe (atletika) - 361 (12,01%)

3. Rafael Nadal (tennis) - 282 (9,38%)

4. Kriştiano Ronaldo (futbol) - 240 (7,98%)

5. Luis Həmilton (Formula1) - 232 (7,72%)

Qadınlar

1. Simona Baylz (gimnastika) - 452 (15,04%)

2. Meqan Rapino (futbol) - 406 (13,51%)

3. Şelli Ann Freyzer-Prays (atletika) - 331 (11,01%)

4. Katinka Hossu (üzgüçülük) 302 (10,05%)

5. Mikaela Şiffrin (dağ xizəyi idmanı) - 232 (7,72%)