bazar ertəsi, 05 may 2025

BİZİM FUTBOL

Asəf Namazov: "Digər sahələrdə gedən islahatlar mütləq futbolda da olmalıdır"

31.12.2019 14:00 Oxundu 1201

"Neftçi"nin tanınmış veteranlarından olan eyni zamanda AFFA Həmkarlar İttifaqının idarə heyətinin üzvü Asəf Namazov maraqlı fikirləri ilə diqqət çəkib.

Cempion.az saytına açıqlama verən Namazov Azərbaycan futbolunda və AFFA dəyişikliklərin mütləq olduğunu bildirib: "Hazırda ölkədə bütün sahələrdə ciddi islahatlar gedir. İşini bacara bilməyənlər yerlərini daha bacarıqlı və işgüzar insanlara verir. Dövlətin bütün sahələrdə apardığı bu islahatlar mütləq futbolda da olmalıdır. İşini bacara bilməyənlər postlarından getməlidir. Xüsusilə də Azərbaycan futbolunu zəlil günə qoyan baş katib Elxan Məmmədov getməlidir".