bazar ertəsi, 05 may 2025

BİZİM FUTBOL

İtaliyalı futbolçuya Azərbaycandan təklif: "Qarabağ" yoxsa "Neftçi"?

31.12.2019 15:11 Oxundu 438

Buxarest "Dinamo"sunun yarımmüdafiəçisi Dieqo Fabbrini karyerasını Azərbaycanda davam etdirə bilər.

Cempion.az Rumıniya mətbuatına istinadən xəbər verir ki,  29 yaşlı futbolçu Azərbaycandan olduqca cəlbedici təklif alıb və onu qəbu etməyə hazırdır.

Fabbrinin Buxarest klubunun rəhbərliyi ilə görüşərək komandadan gedəcəyini söylədiyi bildirilir. Rumın mətbuatı futbolçunun "Neftçi" və ya "Qarabağ"la müqavilə imzalayacağını iddia edib.

Qeyd edək ki, İtaliya millisində bir oyun keçirmiş Fabbrini karyerası ərzində “Empoli", "Udineze", "Palermo", "Uotford", "Birmingem", "Midlsbro" kimi klublarda çıxış edib.