bazar ertəsi, 05 may 2025

DÜNYA FUTBOLU

Kloppdan PSJ-ə rədd cavabı

31.12.2019 17:27 Oxundu 357


PSJ-nin idman direktoru Leonardo “Liverpul”un baş məşqçisi Yurgen Kloppla görüşüb.

Cempion.az xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb. PSJ rəsmisinin almaniyalı mütəxəssisə komandanı çalışdırmağı təklif etdiyi, ancaq Kloppun bu təklifini rədd etdiyi bildirilir. O, “Liverpul”da hər şeydən razı olduğunu və ayrılmaq haqda düşünmədiyini deyib.

Qeyd edək ki, PSJ-in bu mövsüm Çempionlar Liqasında uğur əldə edə bilməyəcəyi təqdirdə baş məşqçi Tomas Tuxellə yollar ayrılacağı ehtimal olunur.