bazar ertəsi, 05 may 2025

DÜNYA FUTBOLU

Hazard ilin futbolçusu seçildi 

31.12.2019 18:00 Oxundu 351


Belçika millisində 2019-cu ilin ən yaxşı futbolçusu seçilib.

Cempion.az yığmanın rəsmi Tvitter səhifəsinə istinadən xəbər verir ki, bu ada Eden Hazard layiq görülüb.

28 yaşlı yarımmüdafiəçi yığmanın heyətində 5 qol vurub və 7 dəqiq qol ötürməsi verib. O, komandası ilə "Avro-2020"-nin final mərhələsinə də vəsiqə qazanıb.

Qeyd edək ki, yayda "Çelsi"dən "Real"a keçən E.Hazard hazırda zədəlidir.