bazar ertəsi, 05 may 2025

DÜNYA FUTBOLU

İngiltərədə son 10 ilin ən yaxşı məşqçisi - SİYAHI

01.01.2020 16:00 Oxundu 359


“Sky Sports” nəşri son 10 ildə İngiltərə Premyer Liqasında çalışmış baş məşqçilərin reytinqini açıqlayıb.

Cempion.az xəbər verir ki, siyahıya “Arsenal”ın sabiq çalışdırıcısı Arsen Venger başçılıq edir.

608 xalı olan fransız mütəxəssis 2010-2018-ci illər aralığında “topçular”la 179 qələbə qazanıb, 71 dəfə də məğlub olub.

Reytinq cədvəlində 2-ci “Tottenhem”in sabiq baş məşqçisi Maurisio Poçettinodur. 3-cü isə hazırda “Tottenhem”i çalışdıran Joze Mourinyodu.
 

İlk “10-luq”

Arsen Venger (əvvəl “Arsenal”, hazırda FİFA-da çalışır) – 608 xal

 

Maurisio Poçettino (əvvəl “Sauthempton”, “Tottenhem”, hazırda işsizdir) – 457

 

Joze Mourinyo (əvvəl “Çelsi”, “Mançester Yunayted”, hazırda “Tottenhem”) – 376

 

Yurgen Klopp (“Liverpul”) – 351

 

Devid Moyes (hazırda “Vest Hem”, əvvəl “Everton”, “Mançester Yunayted”, “Sanderlend”) – 326

 

Brendan Rocers (hazırda “Lester”, əvvəl “Suonsi”, “Liverpul”) – 325

 

Toni Pyulis (hazırda işsiz, əvvəl “Stok Siti”, “Kristal Pelas”, “Vest Bromviç”, “Midlsbro”) – 321

 

Xosep Qvardiola (“Mançester Siti”) – 317

 

Mark Hyuz (“Fulhem”, KPR, “Stok Siti”, “Sauthempton”, hazırda işsizdir) – 309

 

Alan Pardyu (“Nyukasl”, “Kristal Pelas”, “Vest Bromviç”, hazırda “Den Haq”) – 304