01.01.2020 10:29
323

“Milan”la ilkin razılıq əldə edən Zlatan İbrahimoviçin təqdimatının keçiriləcəyi vaxt məlum olub.
Cempion.az xəbər verir ki, A Seriyası təmsilçisi isveçli hücumçuyla yanvarın 3-də, yerli vaxtla saat 10:00-da rəsmi müqavilə imzalayacaq.
İbrahimoviç yanvarın 2-də tibbi müayinədən keçəcək. 38 yaşlı hücumçu yeni klubuyla 6 aylıq müqavilə imzalayacaq. Tərəflər daha sonra sözləşməni 1 il də uzada bilər.