bazar ertəsi, 05 may 2025

DÜNYA FUTBOLU

"Real" Benzema ilə razılığa gəldi

01.01.2020 18:25 Oxundu 351

“Real” hücumçusu Kərim Benzema ilə yolları davam etdirmək qərarına gəlib.

Cempion.az “Marca”ya istinadən xəbər verir ki, fransalı futbolçu ilə yeni müqavilənin şərtləri razılaşdırılıb. Onunla yayda müddəti 2022-ci ilin yayına qədər olan sözləşmə imzalanacağı bildirilir.

Qeyd edək ki, 32 yaşlı forvard bu mövsüm La Liqada 17 oyuna 12 qol vurub, 5 məhsuldar ötürmə edib.